23 iyun 2022 13:09
821

Güvənc yerimiz, qürür mənbəyimiz

Ötən əsrin əvvəllərindən Xalq Cümhuriyyətinin mövcud olduğu cəmi 23 aylıq qısa zaman kəsiyində xalqımız öz ordusunu, hərbi qüvvəsini yaratmağa imkan tapdı. Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski kimi dövrün istedadlı generallarının böyük zəhməti nəticəsində Azərbaycan ordusunun peşəkar hərbi quruma çevrilməsi üçün mühüm tədbirlər həyata keçirildi. Cümhuriyyət dövründə ordu quruculuğu ilə bağlı çatışmazlıqlar çox idi. Xarici təzyiqlərdən, hərbi texnikanın alınmasındakı çətinliklərdən tutmuş peşəkar hərbi kadrların çatışmazlıqlarına qədər mövcud olan bütün problemlər özünü qabarıq formada büruzə verdi. AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi.

Azərbaycan Respublikası Prezidenti Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən 26 iyun tarixi Azərbaycan Respublikasının silahlı qüvvələr günü elan edilmişdir. Ümummilli Liderin qətiyyəti sayəsində vahid komandalığa tabe olan nizami ordu yaradıldı. Qeyri-qanuni silahlı dəstələr ləğv edildi. Orduda peşəkarlığı artırmaq, ixtisaslı hərbiçilər yetişdirmək siyasəti həyata keçirildi. Peşəkar və hazırıqlı zabitlərin Türkiyə Silahlı Qüvvələrində təhsil almalarına start verildi. Ulu Öndərimiz, Ali baş komandan Heydər Əliyevin ən böyük arzusu və istəklərindən biri Azərbaycanın öz silah sənayesinin olması idi. O, əmin idi ki, bu istək nə vaxtsa reallaşa və Azərbaycan öz istehsal etdiyi silah-sursatla işğal altında olan torpaqlarını azad etməyə qadir olacaq.

2003-cü ildə Ümummilli Lider Heydər Əliyev siyasətinin ən layiqlı davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyətə gəlməsi ilə bu arzular reallaşdı. Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin orduya göstərdiyi qayğı zabitlərin ev ilə təmin olunması, əmək haqlarının artırılması, yeni silahların alınması və bu kimi işlərin görülməsi danılmazdır. Möhtərəm Prezidentimizin Milli Ordunun formalaşmasına, güclənməsinə göstərdiyi diqqət və qayğı sayəsində bu gün Azərbaycan qüdrətli orduya malikdir. Azərbaycan ordusu NATO standartlarına tam cavab verir. Bunun NATO rəsmləri də səfərdə olarkən təsdiqləyiblər.

Ali Baş Komandan İlham Əliyevi rəhbərliyi ilə Müzəffər Ordumuzun sücayəti sayəsində sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək böyük zəfərə imza atdı. İşğalda olan torpaqlarımız azad olundu.

Bu qələbə Ali Baş Komandanın, xalqla birliyin, haqq işinin Müzəffər Azərbaycan Ordusunun gücünün, rəşadətli əsgərlərin, Azərbaycan xalqının iradəsinin qələbəsidir.

Yaşasın Azərbaycan Ordusu! Yaşasın Azərbaycan Xalqı! Qarabağ Azərbaycandır!

Səltənət Əhmədova, 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin Aparıcı Mühəndisi