Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərüffatın bütün sahərinin inkişafı dövrü kimi deyil, həmdə elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi yadda qalıb. Məhz həmin ildə gələcək müstəqiliyimizin təməli qoyulub. 1969-1982-ci illərdə həyatmızın bütün sahələrində aparılmış köklü islahatlar nəticəsində əsaslı dəyişikliklər baş vermişdi.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkənin inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, özünün Ümummilli lider obrazını yaratmışdı. 60-cı illərədək Azərbaycan aqrar ölkəsi kimi tanınırdı. Onun əsas sanaye mənbəyi neft idi. Lakin məhz Heydər Əliyev hakimiyyətinin ilk illərindən qəti addimlar atmaqla respublikaya olan bu münasibbəti dəyişməyə nail oldu. Qısa müddət ərzində həm yüngül, həm də ağır sənaye inkişaf etdirildi. Bununla yanaşı yeni təhsil ocaqları, o cümlədən Cəmşid Naxçıvanski adına hərbi məktəbi yaradıldı.
1993-cü ilin oktyabırında müstəqil Azərbaycanın dövlət başcısı secildikdən sonra ölkənin hüquqi, siyasi-iqtisadi süverenliyinin təmin olunması prosesi sürətləndirildi. İlk növbədə ölkədə ictimai-siyasi sabitlik bərqərar edildi. 1995-ci ilin 12 noyabırında ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycan Respublikasının Konustitusiyası qəbul edildi.
Azərbaycanın zəngin neft ehtiyatlarının mövcudluğunu nəzərə alan Ümummilli lider Heydər Əliyev neft-qaz yataqlarının emalı və dünya bazarlarina cıxarılması ücün “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu, ölkənin enerji və maliyə təhlükəsizliyini təmin etdi.
Bununla yanaşı qeyri neft sektorunun inkişafina təkan verildi, aqrar islahatlar kecirildi, yüngül sənayeninin ikişafına nail olundu.
Müstəqil ölkənin güclu ordusunun və hüquq-mühafizə sisteminin yaradılmasına başlanildı.

Samirə Əhmədova,
Xətai rayonu M.Nəcəfov adina 86 saylı məktəbin tarix muəllimi
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir