23 iyun 2022 12:06
797

Krivotsyuk oynadı, komandası heç-heçə etdi

Azərbaycan millisinin üzvü Anton Krivotsyukun da oynadığı “Visla” (Plotsk) Qnevinodakı təlim-məşq toplanışında ilk yoxlama oyununu keçirib.

“İki sahil” xəbər verir ki, komanda Polşanın aşağı liqa təmsilçisi “Xoyniçanka” ilə üz-üzə gəlib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın ikinci hissəsini meydanda keçirib.