22 iyun 2022 15:57
936

Patrik Andrade "Qarabağ"la bu sözlərlə vidalaşdı

“Qarabağ”la yollarını ayıran kabo-verdeli futbolçu Patrik Andrade vida paylaşımı edib.

“İki sahil” xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi İnstaqram səhifəsində Ağdam klubuna təşəkkürünü bildirib: “Bu iki il ərzində məni necə qarşıladıqlarına, öyrəndiyim, inkişaf etdiyim və qazandığım hər şeyə görə bütün komanda yoldaşlarıma, klubun əməkdaşlarına və azarkeşlərə minnətdaram. Təşəkkürlər, “Qarabağ” ailəsi. Sizə azarkeşlik etməyə davam edəcəyəm”.

Qeyd edək ki, 2020-ci ildən "Qarabağ"da çıxış edən Andradenin Serbiyanın “Partizan” klubuna keçəcəyi gözlənilir.