“Çelsi”nin idman direktoru Marina Qranovskaya klubu tərk edib.
“İki sahil” xəbər verir ki, bu haqda London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bununla yanaşı, bu yayın sonuna qədər o, transfer məsələlərində kluba kömək edəcək. “Çelsi”nin idman direktorunun səlahiyyərini klubun yeni həmsahiblərindən olan Todd Boeli icra edəcək.
47 yaşlı Qranovskayanın Rusiya və Kanada vətəndaşlığı var. O, “Çelsi”nin sabiq sahibi Roman Abramoviçin klubdakı ən etibarlı adamlarından biri, “sağ əli” sayılıb. 2010-cu ildən “Çelsi”də fəaliyyətə başlayan, 2013-cü ildə isə Direktorlar Şurasının da üzvü olan Qranovskaya 2018-ci ildə “Forbes”in versiyasına əsasən, dünya idmanda ilin ən nüfuzlu qadını seçilib. 2021-ci ildə isə İtaliyanın “Tuttosport” nəşri onu Avropada ilin futbol meneceri elan edib.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib