22 iyun 2022 14:05
699

"Şerif"də yeni baş məşqçi

Moldova "Şerif"inin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Komandanı Stepan Tomas çalışdıracaq. Lakin 46 yaşlı mütəxəssislə imzalanan müqavilənin müddəti və şərtləri açıqlanmayıb.

Qeyd edək ki, Steman Tomas iyunun 8-də istefaya göndərilən Yuri Vernidubu əvəzləyib.