Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Aris"in mətbuat katibi Kostas Papadopulos açıqlama verib.
“İki sahil” xəbər verir ki, yerli mətbuata danışan Limassol təmsilçisinin rəsmisi Azərbaycan klubunun cütün favoriti olduğunu deyib:
"Avrokuboklara belə tez başlayan komandanın tam hazırlaşması mümkün deyil. Bacardığımız qədər hazırlıqlı olmağa çalışacağıq. "Neftçi" favoritdir. Lakin biz də mərhələ adlamaq istəyirik".
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib