"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo haqda yeni iddia yayılıb.
“İki sahil” xəbər verir ki, "Calciomercato" nəşri portuqaliyalı oyunçunun "Yuventus"a qayıda biləcəyini yazıb. Bildirilib ki, 37 yaşlı futbolçunun agenti Jorje Mendeş yaxın vaxtlarda Turin təmsilçisinin rəhbərliyinə zəng edərək Ronaldonu transfer etməyi təklif edəcək. Mendeş klub rəhbərlərinə Kriştianonun “Yuventus”u tərk etdiyinə görə peşman olduğunu və Çempionlar Liqasında oynamaq üçün geri qayıtmaq arzusunda olduğunu izah edəcək. Futbolçunun maaşını azaltmağa da hazır olduğu vurğulanıb.
Xatırladaq ki, Ronaldo 2018-2021-ci illərdə "Yuventus"da oynayıb.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib