Marko Asensio və Dani Sebalyos bu yay "Real"ı tərk edə bilər.
"İki sahil" "Marca"ya istinadən xəbər verir ki, sözügedən futbolçular Madrid təmsilçisindən müqavilələrini uzatmaq üçün təklif almayıb. Onların hazırkı müqavilələri 2023-cü ilin yayında başa çatır.
Həm Asensio, həm də Sebalyos müntəzəm olaraq oynamaq istəyirlər. Onlar 2022-ci il dünya çempionatı üçün İspaniya yığmasına çağrılmağı hədəfləyirlər. Futbolçular "Real"da buna nail olmağın çətin olacağını başa düşürlər.
"Kral klubu"unun Asensio və Sebalyos üçün göndəriləcək təklifləri nəzərdən keçirməyə hazır olduğu vurğulanıb.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib