21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Milan Obradoviçin AFFA ilə müqaviləsi başa çatıb.
“İki sahil” xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla məlumat verib. O, yeni müqavilənin uzadılıb-uzadılmayacağı haqda danışmayıb. Federasiya rəsmisinin sözlərinə görə, bununla əlaqədar əlavə açıqlama veriləcək.
Milan Obradoviç özü isə “Futbol+” qəzetinə federasiya ilə başa çatan müqaviləni yenilənməyəcəyini söyləyib.Obradoviç dünən AFFA-nın baş katibi Sərxan Hacıyevlə görüşdüklərini və razılığın əldə olunmadığını bildirib:
“Saat 17.00-da federasiyanın binasında iclas oldu. Sərxan Hacıyevlə 21 yaşadək futbolçulardan ibarət millinin nəticələrini müzakirə etdik. Yeni təklif oldu. Lakin şərtlər imtina etməyimə səbəb oldu. Buna görə razılığa gələ bilmədik. Yığmaya gələcəkdə uğurlar arzu edirəm”.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib