21 iyun 2022 13:16
726

Zəngəzur dəhlizi geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq

26 oktyabr 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə 123 km-lik Horadiz-Cəbrayıl-Zəngilan –Ağbənd avtomobil yolunun təməlini qoydular. Azərbaycan-Ermənistan sərhəddinə qədər uzanan avtomobil yolunun Zəngəzur dəhlizi adlandırılan, ölkələrarası yeni nəqliyyat bağlantısının şərq hissəsini təşkil etməsi, gələcəkdə isə siyasi məsələlər həll edildikdən sonra Ermənistan ərazisindən keçməsi planlaşdırılıb .

Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçrilən qeyri –formal zirvə görüşündə çıxışı zamanı qədim Azərbaycan torpağı Zəngəzurun indiki türk dünyasının birləşməsi rolunu oynayacağını bildirib .Eyni zamanda Zəngəzur yalnız Qafqaz üçün deyil ,daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacağını diqqətə çatdırıb .

Nəzərə almaq lazımdır ki ,dəhliz 30 ilə yaxın işğal altında olan və talançılığa məruz qaılan Azərbaycanın cənub-qərb rayonları, Ermənistanın zəif inkişaf etmiş Sünik bölgəsi və onilliklərdir terrorizm səbəbilə zəif inkişaf etmiş Türkiyənin Şərq vilayətlərini bir birinə bağlaması planlaşdırılır ki, bu da bölgədəki yeni iqtisadi yüksəlişə yeni töhvə verəcək .

Yeni dəhlizin müstəvidəki digər bir önəmi isə bir sıra fərqli istiqamət üzrə alternativlik təşkil etməsidir. Birincisi və ən əhəmiyyətlisi Türkiyə və Mərkəzi Asiya arasında yeni marşrutun ortaya çıxmasıdır. Artıq uzun müddətdir ki, Gürcüstan-Azərbaycan vasitəsilə şimal istiqamətdən nəqliyyat əlaqələrini təmin edən Türkiyə bu regiondan asılılığını azaldacaq .Azərbaycan-Ermənistan vasitəsilə yeni marşrutla bütünlükdə Türk dünyası ilə yeni əlaqələr sistemi quracaq. Dəhlizin iqtisadi baxımdan əhəmiyyətinə gəldikdə isə burada söhbət 1,1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir .

Belə ki, Türkiyə 761,4 milyard dollar ,Qazaxıstan 181,7 milyard dollar ,Özbəkistan 57,9 milyard dollar ,Azərbaycan 48 milyard dollar ,Türkmənistan 48 milyard dollar, Qırğızıstan 8,5 milyard dollar nominal UDM-Ə malikdirlər. Bu fakt imkan verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük potensiala və təbii resuslara malik olan regionu birləşdirəcək .

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi münaqişə başa çatdı, münaqişə tarixdə qaldı, yeni imkanlar yarandı. Onların arasında ən vacib olanlardan biri nəqliyyat imkanlarıdır. Bu gün artıq biz Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçrilən Zirvə görüşündə demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana vermək Türk dünyasının parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır. Türk dünyası parçalanmışdır, Zəngəzur indi Türk dünyasının birləşməsi rolunu oynayacaq.

Günel Kazımova, 
Füzuli rayon 50 saylı tam orta məktəbin direktoru