Yeni mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq "Kəpəz" daha bir futbolçunu heyətinə cəlb edib.
"İki sahil" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "sarı-göylər" Elvin Yunuszadəni sıralarına qatıb. Müdafiəçi ilə bir illik müqavilə bağlanıb.
Qeyd edək ki, "Kəpəz" bundan əvvəl Tural Axundovu transfer edib.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib