Azərbaycan torpaqları işğal olunmuşdu və beynəlxalq təşkilatlar torpaqların işğalını tanımışdılar, problemin həlli üçün ATƏT-in Minsk qrupu yaradılmışdı.
Azərbaycan xalqı ötən illər ərzində Minsk qrupunun vasitəçiliyinə inamını itirib və heç vaxt onu münaqişənin ədalətli həllini təmin edəcək vicdanlı vasitəçi kimi görməyib. Bu fonda Rusiyanın 44 günlük müharibədən sonra münaqişə tərəfləri arasında aparıcı vasitəçi kimi yenidən meydana daxil olması ATƏT-in vasitəçilik missiyasını sülh prosesindən tamamilə kənara qoydu. Qrup o vaxtdan bəri regional nəqliyyat və kommunikasiya kanallarının açılmasına dair müharibədən sonrakı danışıqlarda və davamlı nizamlanma və hərtərəfli sülh sazişi üçün səylərdə heç bir təsirli rol oynamır.
Ancaq bu təşkilat 30 ildən çox müddət ərzində heç bir həll yolunu həyata keçirə bilmədi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazilərini azad etdi.Azərbaycanın mövqeyi haqlı idi və öz əraziləri uğrunda mübarizə aparırdı. Azərbaycan bu məsələni özü həll etmişdir. Biz Ermənistanı döyüş meydanında məğlub edərək, işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur etdik. Ermənistan iqtidarından başqa ölkənin bütün siyasi qüvvələri də bununla razıdır ki, bu, kapitulyasiyadır və onlar bunu alçaldıcı kapitulyasiya adlandırırlar. Bunun tam məsuliyyəti Paşinyanın diktatura rejiminin üzərinə düşür.Azərbaycan Ordusunun məğlubedilməz olduğunu nümayiş etdirdik. Biz işğal edilmiş ərazilərin böyük hissəsini, 300-dən artıq şəhər, qəsəbə və kəndi, o cümlədən Azərbaycanın tarixi Şuşa şəhərini 44 gün ərzində işğaldan azad etdik. Biz kimin kim olduğunu göstərdik.
Minsk qrupunun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfər etmişlər və Ermənistan rejiminin hərbi cinayətlərinin şahidi olmuşlar.BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqişə niyə həll olunmurdu? BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü öz imkanlarından, potensialından istifadə edə bilmədi ki, ermənilər çıxmağa məcbur olsun. Hətta bəzi ərazilərdən çıxara bilmədi. Onlar bacarmadı, yoxsa istəmədi? Bu, açıq sual olaraq qalır. Lakin hazırda bu, artıq fərq etmir. Münaqişə həll olunub. Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi.
İndi Qərb ölkələrinin nümayəndələri ilə postmünaqişə məsələlərini müzakirə edərkən Ermənistan İkinci Qarabağ müharibəsindən sonra formalaşmış reallıqları qəbul etməkdən imtina edir.
Cənab Prezident Brüsseldə rəsmi səfərdə olanda, İtaliya qəzetlərinə müsahibə zamanı demişdir ki, Minsk qrupu ATƏT-in mandatına əsasən, 1992-ci ildən münaqişəni həll etməyə məcbur idi. Onlar ötən il noyabrın sonunadək, biz 44 gün ərzində əraziləri azad edənədək 28 il ərzində fəaliyyət göstərdilər. Mənim Minsk qrupunun fəaliyyəti ilə bağlı fikrim Azərbaycan xalqının fikrindən fərqlənmir. Bu, uğursuzluq idi.
Əgər bu strukturun nümayəndələri belə bir bəyanatla çıxış edirlərsə, onu “diriltmək” cəhdlərinin uğursuzluğa düçar olacağını təxmin etmək olar. Ermənistan artıq mövcud olmayan ATƏT-in Minsk qrupunu danışıqlar prosesinə cəlb etməyə nə qədər çalışsa da, reallıqlarla barışmalı və diqqətini münasibətlərin normallaşdırılmasının postmünaqişə mərhələsinə yönəltməlidir.
Cənab Prezidentin dediyi kimi: "Azərbaycan Qarabağ münaqişəsini həll edib və artıq Minsk qrupuna ehtiyac qalmayıb"
Vüqar Əliyev,
Füzuli Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir