Maurisio Poçettino PSJ-nin baş məşqçisi vəzifəsini tərk edəcək.
"İki sahil" "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, işdən çıxarılma proseduru cümə axşamı gözlənilir. Hazırda tərəflər təzminatın məbləğini müzakirə edir. Paris təmsilçisinin argentinalıya və onun köməkçilərinə təqribən 15 milyon avro ödəyəcəyi gözlənilir.
Poçettino klubdan rəsmən ayrıldıqdan sonra Kristof Qaltye baş məşqçi təyin olunacaq . Onun üçün PSJ "Nitsa"ya təqribən 10 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, PSJ iyulun 4-də məşqləri bərpa etdikdən sonra 55 yaşlı mütəxəssisin komandaya rəhbərlik edəcəyi gözlənilir.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib