Türkiyə millisinin üzvü Ozan Tufan karyerasını "Hall Siti"də davam etdirməyə yaxındır.
"İki sahil" "The Athletic"ə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi İngiltərə Çempionşip təmsilçisi ilə razılığa gəlib. Oyunçu ilə 2 və ya 3 illik müqavilə imzalanacaq. O, bu həftə sonunda klubun düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, "Hall Siti"nin sahibi “TV8” kanalının rəhbəri Acun Ilıcalıdır.
Xatırladaq ki, müqavilə ilə "Fənərbaxça"ya məxsus olan O.Tufan ötən mövsüm icarə əsasında "Uotford"da oynayıb.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib