20 iyun 2022 19:06
757

Ulu Öndər müstəqilliyimizi xilas etdi

Hər bir xalqın taleyində mühüm əhəmiyyət kəsb edən günlər var ki, o günlərdə onun gələcəyinin əsası qoyulur. Azərbaycan tarixində belə günlərdən biri 1993 il 24 iyundur.

İyunun 15 də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq qurtuluş missiyasını öz üzərinə götürdü.

Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy 1993-cu il iyunun 17-dən 18-nə keçən gecə, qəflətən dövlət orqanlarına xəbər vermədən Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasına getmişdir.

Müharibə getdiyi dövrdə dövlət idarəetmə orqanları rəhbərlərinin olmaması Azərbaycan dövlətçiliyini təhlükə qarşısında qoyur. Bölgələrdə cinayətlər, qətllər, ictimai təhlükəsi olan başqa əməllər törədilir.Belə vəziyyət Azərbaycanın süqutuna səbəb ola bilərdi.

Azərbaycan Respublikası Konstitusiyasının 121-7-çi maddəsinə əsasən:"Azərbaycan Respublikasının Prezidenti bu və ya başqa səbəblərə görə öz vəzifəsini daha icra edə bilmədikdə, Azərbaycan Respublikasının yeni prezidenti seçilənədək ,onun səlahiyyəti Azərbaycan Respublikasının Ali Sovetinin sədrinə keçir.Və beləliklə 24 iyun 1993 ildə Əbülfəz Elçibəy Azərbaycan Respublikasının Prezidenti vəzifəsindən azad edildi və Prezident səlahiyyətləri Azərbaycan Respublikasının Ali Sovetinin sədri Heydər Əliyevə keçir.

İnsanlar həqiqi azadlığa qovuşmaq, sərbəst yaşamaq üçün qanuna tabe olmalıdırlar. "Haqlı adam həmişə güclüdür" düsturuyla Heydər Əliyev respublikanın müstəqilliyini itirilməsi ,torpaqların parçalanması, dövlətçiliyin məhv edilməsi,xaos və anarxiya baş alıb getdiyi ,cinayətkar dəstələrin baş aldığı bir vaxtda ölkəyə rəhbərlik etməyə başladı və qısa bir vaxtda Azərbaycanı sivil dövlətlər sırasına çıxardı.

Xalqın ümüdünü, nicatını özündə əks etdirən, Azərbaycan xalqının oğlu Heydər Əliyev böyük bir faciənin qarşısını almış,vətəndaş müharibəsi təhlükəsinə, təcavüzkar Ermənistan ilə atəskah elan etmişdir.Azərbaycan neftini "Əsrin müqaviləsini" imzalamaqla, dünya bazarına çıxarmış və beləliklə iqtisadiyyatı yenidən hərəkətə gətirmişdir.

Heydər Əliyev müdrüklüyü, uzaqgörənliyi bu günkü naliyyətimizin tacı olan Zəfərimizin işığında tam mənzərəsi ilə sübuta yetirildi. Bu gün Azərbaycan dövləti sürətli inkişaf və yüksəliş dövrünü yaşayır.Azərbaycan Cənubi Qafqazın liderliyini özündə daşıyır.

Nə qədər Azərbaycan,nə qədər bu millət var Heydər "xalqım " deyəcək, xalq "Heydər" söyləyəcək.

Ayşəm Həsənova,
Xətai rayonu 86 nömrəli tam orta məktəbin Tarix müəllimi