21 iyun 2022 02:57
852

IX Qlobal Bakı Forumu tarixi əhəmiyyətə malikdir

Bildiyimiz kimi dünya bir neçə mühüm əhəmiyyət kəsb edən, qlobal məsələləri müzakirə edən forumlar, təbdirlər keçirilir. Münhen Təhlükəsizlik konfransı, Davos İqtisadi forumunu bu kimi tədbirlərə misal göstərmək olar. Dünyada yaşanan keçid dövrü bu cür forumların sayının artmasına şərait yaradıb. Bu dövrün daha sabit, sülh yolu ilə təmin olunması isə bu cür forumların sayının artmasına səbəb olur. Bakı Qlobal Forumunda da dünyada gedən problemlər: sülhə, ərzaq təminatına, iqtisadiyyata olan təhdidlər müzakirə olunur. Bu  problemlərin həllində təkliflər, ideyalar vermək məqsədlə 50-dən artıq ölkədən siyasətçilərin, alimlərin, ekspertlərin, böyük həyat yolu keçmiş siyasi xadimlərin məhz Azərbaycanda bir araya gəlməsi isə təsadüfi deyil. Ölkə başçımız cənab İlham Əliyev beynəlxalq forumlarda çıxışları ilə həmişə fərqlənmiş, dünyanın ən aparıcı ölkələrinə töhfələr, istiqamətlər verib. Bu gün  Cənubi Qafqazda sülhə nail olunmaq üçün belə forumlardan istifadə etməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, dünyanın aparıcı ölkələrinin nümayəndələrinin Azərbaycan haqqında geniş təsəvvürə malik olması çox böyük əhəmiyyətə malikdir. Bu səbəbdən Bakı forumu da yuxarıda adıçəkilən forumlara bərabər tutula bilər.

Beynəlxalq səviyyəli tədbirlərin təşkili sahəsində Azərbaycan kifayət qədər fundamental əsaslara və təcrübəyə  malikdir. Bəli, Azərbaycan növbəti dəfə beynəlxalq tədbirə ev sahibliyi edir: 16 iyun tarixində keçirilmiş “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu start götürdü. 3 gün davam edəcək forum Şuşada yekunlaşacaq. Forumda iştirak edən qonaqların sayı bu il ötən dəfəki forumdan daha çoxdur. Dünyanın 50-dən çox ölkəsindən nüfuzlu nümayəndələr iştirak edir. Elə bu faktın özü Azərbaycanın dünyada baş verən qlobal problemlərin həllinə hansı səviyyədə töhfə verdiyini göstərir. Bu forum beynəlxalq əhəmiyyətli məsələlərin müzakirə olunduğu platforuma olmaqla yanaşı, eyni zamanda Azərbaycanın dünyaya tanıtdırılması, Azərbaycan Ermənistan arasındakı diplomatik müzakirə prosesində Azərbaycanın mövqeyini dünya ictimaiyyətinin mövqeyini formalaşdıracaq şəxslərə çatdırılmasıdır.

Dünyada çoxqütblü nizamın formalaşması uğrunda gedən gərgin mübarizələr mübarizə geosiyasi bölgələrdə özünü daha çox göstərir. Bildiyimiz kimi Cənubi Qafqaz kifayət qədər həssas bölgədir və tarixən bu proseslər də regiondan yan keçməyib. Bu səbəbdən belə platformaların, beynəlxalq tədbirlərin keçirilməsi dünyada baş verən gərgin proseslərin təlatümlərin qarşısının alınması baxımından olduqca mühüm əhəmiyyətə malikdir. Forum çərçivəsində cənab Prezident İlham Əliyev öz çıxışında dünya üçün vacib mesajlar səsləndirib. Hər kəsə məlumdur ki, Azərbaycan sülhə doğru konkret addımlarını atıb, delimitasiya komissiyasını yaradıb, ümumiyyətlə üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirib. Amma bir ildən çox zaman keçməsinə baxmayaraq qarşı tərəf destruktiv mövqe göstərməklə bütün sülh proseslərindən yayınmağa cəhd edir. Cənab Prezidentimiz tərəfindən verilən təkliflər dünyanın aparıcı ölkələri və ictimaiyyəti tərəfindən xüsusi qiymətləndirilir. Azərbaycan bu təklifləri etməklə Cənubi Qafqazda sülh istədiyini bir daha sübut edir. Azərbaycan müharibədə qələbə əldə etmiş ölkədir. Bununla yanaşı, qarşı tərəf ilə qonşuluq münasibətlərini davam etdirmək və iqtisadi, siyasi, diplomatik əlaqələr qurmaq istəyir. Azərbaycan sərhədlə bağlı delimitasiya və demarkasiya məsələlərində komissiya, sülh komissiyası yaradıb. Amma Ermənistantərəfindən konkret addım atılmır. Buna isə oradakı müəyyən separatçı qüvvələr maneə olaq istəyir və müəyyən cəhdlər edirlər. Görünür, öz xalqına xəyanət edərək Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış separatçılar Ermənistanın sosial, iqtisadi problemlərinin həll olmamasını istəyirlər. Bu isə onların həm iqtisadi, siyasi, həm də sosial cəhətdən böhran vəziyyətinə gətirib. Amma onlar anlamlıdır ki, bunun perspektivi yoxdur, qonşuluq, iqtisadi, siyasi əlaqələr qurulmalı, kommunikasiyalar açılmalı və bununla da beynəlxalq əlaqələr qurulmalıdır.  Azərbaycanın təkliflərini qəbul etməklə öz xalqlarını normal iqtisadi-sosial inkişaf yoluna çıxartmaqla, qonşuluq münasibətlərini qoruyub saxlaya və inkişaf edə bilərlər. Azərbaycan Prezidentinin bir daha geniş bir platformadan bu mövzu ilə bağlı çıxışı, dünya ölkələrinin ictimaiyyət nümayəndələrinə, ekspertlərinə anlatması mühüm məsələdir. Bir daha ictimaiyyət görsün ki, müharibə vaxtı Azərbaycan beynəlxalq hüquq normalarına riayət etməklə öz torpaqlarını işğaldan azad etdi və bu gün də beynəlxalq hüquq normalarına riayət etməklə özündə sülhə çağırışları əks etdirən təklifləri verərək daimi sülhə nail olmaq istəyir.

Loğman Müslümov,
Pirallahı rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini