20 iyun 2022 23:07
568

8 oyunda, 8 qələbə

Azərbaycan Həvəskarlar Futbol Federasiyasının (AHFF) təşkilatçılığı sayəsində baş tutan futbol üzrə ölkə çempionatının səkkizinci turuna yekun vurulub.

Həvəskarlar Liqasında Masallı rayonunu təmsil edən “Ərkivan” futbol klubu mövsümün səkkizinci görüşündə səfərdə “Mübariz” (Binə) komandası ilə yaşıl meydançaya çıxmışdır .

İyunun 19-da Bakı şəhəri Binə qəsəbə stadionunda gərgin mübarizə şəraitində davam edən qarşılaşmada “Ərkivan” FK   meydança sahiblərini 3:0 hesabla  məğlub edibdir.  Qalib komandadan rəqibi qapısına vurulan qolların müəllifi  R. Həsənov, Ə. Məmmədov və S. Dadaşov olmuşlar.

Bu oyundan  sonra xallarını  24-ə çatdıran,  “B” qrupunun lideri “Ərkivan” FK “play-off” mərhələsinə vəsiqə qazanıb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü