20 iyun 2022 21:34
636

Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal üzvüdür

Məlum olduğu kimi iyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu işə başlamışdır.

Məhz bu forumun ölkəmizdə keçirilməsi, eyni zamanda forumda dünyanın 50-dən çox ölkəsini təmsil edən nümayəndələrin iştirakı bir daha Azərbaycanın artmaqda olan beynəlxalq nüfuzundan, regionda və Cənubi Qafqazda olan xüsusi çəkisindən xəbər verir. Bu bir həqiqətdir ki, bu gün Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal aktorudur və öz milli maraqlarına əsaslanaraq dünyanın siyasi arenasına uğurla inteqrasiya etməkdədir. Azərbaycanın beynəlxalq aləmdəki reytinqinin getdikcə yüksəlməsini, dünya birliyində söz sahibinə çevrilməsini əks etdirən belə faktlardan çox göstərmək olar.

Ölkə Prezidenti cənab İlham Əliyevin IX Qlobal Bakı Formundakı nitqi və bu çıxışdan irəli gələn nüanslar beynəlxalq aləmdə, həmçinin bölgədə sülhün, təhlükəsizliyin, iqtisadi münasibətlərin daha yüksək səviyyəyə çatdırılması və qarşlıqlı maraqlara əsaslanan birgə əməkdaşlığın təmin olunmasına istiqamətlənmişdir. Dünyanın 50-dən çox ölkəsini təmsil edən nümayəndələrində iştirak etdiyi bu IX Qlobal Bakı Formunda geniş nitq söyləyən Prezident cənab İlham Əliyev bölgədə və regionda baş verən geosiyasi məsələlərə toxunaraq 44 günlük Vətən Müharibəsindən öncəki dövrlərdə, yəni 28 ilə müddətində ATƏT-in münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində fəaliyyətsizliyi barədə geniş məlumat vermiş və bildirmişdir ki, Azərbaycan müharibə qanunlarına əməl etməklə Qarabağ münaqişəsini həll etdikdən sonra Minsk qrupunun fəaliyyətinə artıq ehtiyac yoxdur. Eyni zamanda Prezident cənab İlham Əliyev birldirdi ki, biz münaqişəni həll etmişik və Ermənistanla münasibətləri normallaşdırmaq, sülh sazişi imzalamaq istiqamətində müəyyən təkilflərdə irəli sürülüb. Ölkə Prezidentinin qeyd etdiyi kimi Ermənistana təklif edilən sülh təklifləri bölgədə sülhün təmin olunmasına mühüm töhfələr verəcəkdir.

Qürur hissi ilə deyə bilərik ki, ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörənliyi, uğurlu daxili və xarici siyasət xətti Azərbaycanın beynəlxalq aləmdə nufuzunun gündən günə artmasına böyük zəmin yaratmışdır.

Mansur Quliyev,
Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatının sədri