20 iyun 2022 15:16
811

Varan azarkeşlərdən üzr istədi

“Mançester Yunayted”in müdafiəçisi Rafael Varan komanda ötən mövsüm yaxşı çıxış etmədiyinə görə azarkeşlərdən üzr istəyib.

"İki sahil" İngiltərə mətbuatına istinadən xəbər verir ki, fransalı futbolçu yeni mövsümü səbirsizliklə gözlədiklərini deyib: “Ötən mövsüm pis keçdi, daha çox çalışmalıyıq. Yeni mövsümü səbirsizliklə gözləyirik, çox həyəcanlıyıq. Atmosfer mütləq fərqli olacaq. Artıq yoxlama görüşlərində yaxşı oynamaq istəyi var. Bu, indi bizim üçün vacibdir. Biz azarkeşlərin inamını qaytarmaq istəyirik”.

Qeyd edək ki, “Mançester Yunayted” son mövsümdə Premyer Liqada altıncı yeri tutaraq heç bir kubok qazana bilməyib.