20 iyun 2022 14:20
792

Bakı beynəlxalq problemlərin həllinin müzakirəsi üçün ideal məkana çevrilib

Qlobal Bakı Forumunun dünyanın diqqətini cəlb edən hadisələrdən biri olmuşdur. Bakı Forumu əhəmiyyətinə və əhatəsinə görə Davos İqtisadi Forumu və Münhen Təhlükəsizlik Konfransı kimi dünyada nüfuzlu tədbirdir. O cümlədən, həmin forumlardan fərqlənir. Davos Forumu yalnız iqtisadi, Münhen Forumu isə təhlükəsizlik məsələlərini əhatə edir. Bakı Qlobal Forumu isə universal xarakter daşıyır. Beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələləri əhatə edir. Yəni, Bakı Qlobal Forumu bütün qlobal məsələlərin müzakirə edildiyi beynəlxalq tədbir kimi dünyanın diqqət mərkəzində olmuşdur.

Cənubi Qafqazda həyata keçirilən bütün layihələrin müəllifi, ya da həmmüəllifi Azərbaycandır. Həm də Azərbaycan müstəqillik qazandıqdan bəri əksər nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsinə ev sahibliyi edib. Fəxrlə deyə bilərik ki, Bakı beynəlxalq problemlərin həllinin müzakirəsi üçün ideal məkana çevrilib. Ölkəmizin təşəbbüsü ilə keçirilmiş “Bakı Prosesi”nin əsas məqsədi mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi olub. Bu tədbir İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv dövlətləri bir araya gətirib.  Azərbaycanda iki ildən bir keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma kimi tanınıb. 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu Azərbaycanda keçirilib.

Forumda cənab prezident Zəngəzur dəhlizinin açılmasının önəmini də qeyd edib, bununla bağlı Azərbaycanın prinsipal mövqeyini ortaya qoyub. Cənab prezident bildirib ki, əgər Zəngəzur dəhlizi açılmasa, o zaman sülhdən danışmaq çətin olacaq.

Cənab Pprezident Forumdakı çıxışında dünyadakı münaqişələrin sülh yolu ilə həlli, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ədalətli dünya nizamının formalaşdırılmasının vacibliyini qeyd edib. Möhtərəm prezidentimizin dünyadakı hadisə və proseslərə yanaşma tərzi,qlobal böhran və problemlərə yanaşma forması bir daha  Azərbaycanın nə qədər sülhpərvər siyasət yürütdüyünü ortaya qoydu.

Elmin Nuri,
YAP Biləsuvar rayon təşkilatının 38 saylı şəhər ərazi partiya təşkilatının sədri