Beynəlxalq hüquqa, onun norma və prinsiplərinə hər zaman böyük hörmərlə, məsuliyyətlə yanaşan Azərbaycan dövləti öz tarixi torpaqlarını işğaldan azad etməklə illərlə kağız üzərində qalan BMT qətnamələrinin icrasını təmin etmiş oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində əsil şücayət, qəhrəmanlıq və ləyaqət nümayiş etdirdi. 30 illik torpaq həsrətimizə son qoyuldu. Doğma torpaqlarımızı görmək, yaxınlarımızın məzarlarını ziyarət etmək xoşbəxtliyi nəsibimiz oldu.
Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən işğalçı və təcavüzkar kimi tanınıldı. Müharibə bitdikdən sonra hər kəs onların işğal zamanı hansı dağıntıları törətdiklərini gördü. Füzuli kimi şəhər işğaldan azad edildikdə bayraq asmağa bir salamat bina tapılmadı. İşğaldan azad edilmiş ərazilərin hər addımında terrorun, vəhşiliyin, vandalizmin acı nəticələri ilə rastlaşdıq.
Bildiyimiz kimi müharibə bitmişdir, artıq postmüharibə dövrünün reallıqlarını yaşayırıq. Sülhün, əməkdaşlığın carçısı olan Azərbaycan dövləti öz siyasi xəttində yeni reallıqların yaratdığı şəraitdən düzgün yararlanmaq və regionda sülhün, əməkdaşlığın, dayanıqlı inkişafın təminatçısı olmaq arzusundadır. İndi biz sülh haqqında danışırıq. Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik illəri ərzində parçalanmışdır. Ermənistanın işğalı səbəbindən o, 30 il ərzində parçalanmışdır. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır. Azərbaycan sülhü sabitlik və regionun dayanıqlı inkişafı naminə istəyir. Bu məsələdə atılan addımlar qarşılıqlı olmalıdır. Gələcəkdə qarşılıqlı olaraq hər hansı ərazi iddialarından çəkinməliyik. Azərbaycan artıq sərhədin delimitasiyası ilə bağlı komissiya yaradıb. Ölkəmiz eyni addımı Ermənistandan da gözləyir.
Azərbaycan sülh razılaşması üzərində çalışmağa başlamağı təklif edir. Azərbaycan hər iki ölkənin sərhədlərinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət etmək və tanımaq, indi və gələcəkdə hər hansı bir ərazı iddialarından qarşılıqlı şəkildə çəkinmək prinsipi də daxil olmaqla, beynəlxalq hüququn beş əsas prinsipini və bizim təklifin əsasını təşkil edən başqa prinsipləri də irəli sürdü. Kommunikasiyaların açılması ilə bağlı Ermənistan 2020-ci il 10 noyabr tarixli imzalanmış Üçtərəfli Bəyanata əməl etməlidir. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmalıdır. Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından bəri bir il yarımdan çox vaxt keçib, lakin indiyədək heç bir çıxış təmin olunmayıb. Bu, Ermənistan tərəfindən Üçtərəfli Bəyanatın müddəalarının pozulmasıdır və bu, regionda bir disbalans yaradır.
Əminik ki, Qlobal Bakı Forumunda aparılan müzakirələr və fikir mübadilələri ölkəmizin ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması, mövcud problemlərin araşdırılması və həlli istiqamətində mühüm addımların atılmasında öz töhfəsini verəcəkdir. Çünki artıq Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran beynəlxalq mərkəzə çevrilib.
Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni uğur zirvələrini fəth edən Azərbaycan diplomatiyası regional sülhün, əməkdaşlığın, dayanıqlı inkişafın təminatında da mühüm qərarlara imza atacaqdır.
Ağayar Səfiyarov,
Gecəgözlü tam orta məktəbin müəllimi
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir