20 iyun 2022 14:14
707

Ulu Öndərin hakimiyyətə qayıdışı ədalətin və milli iradənin təntənəsi idi

Bütün həyatını canından artıq sevdiyi xalqına,Vətəninə həsr etmiş dünya şöhrətli siyasi xadim Heydər Əliyevin adı tariximizə müstəqilliyimizin memarı kimi yazılıb.Zəngin fəaliyyəti,böyük xilaskarlıq missiyası ilə yüksək bir zirvəyə qalxmış,zəmanəmizin dahi bir şəxsiyyətinə çevrilən Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.

Heydər Əliyev XX əsrin görkəmli siyasi və dövlət xadimi kimi bütün dünyada yaxşı tanınan və qəbul edilən bir şəxsiyyət idi.Heydər Əliyev öz fəaliyyəti və müdrik rəhbərliyi ilə Azərbaycan xalqının tarixində böyük rol oynamış,”Ümummilli Lider” statusu qazanmışdır.Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan ictimai,iqtisadi,mədəni sahələrdə böyük uğurlar qazanaraq təkcə keçmiş SSRİ -də deyil,bütün dünyada tanınmağa başlandı.

1991-ci il 18 oktyabrında Azərbaycan öz müstəqiliyini yenidən bərpa etdi.Bu hadisə xalqımızın taleyində dönüş nöqtəsi oldu.Lakin əfsuslar olsunki Azərbaycan 1991-1993-cü illər içərisində çox çətin günlər keçirdi,qarışıqlıq,xaos,anarxiya müstəqilliyimizi təhlükə qarşısında qoydu.Hətta ölkədə vətəndaş müharibəsi təhlükəsi yaranmışdı.Bu zaman xalq təkidlə Heydər Əliyevin hakimiyyətə gəlməsini tələb edirdi.Çünki xalq başa düşürdüki onu bu çətin vəziyyətdən yalnız Heydər Əliyev kimi uzaqgörən siyasətçi xilas edə bilərdi.

Beləliklə xalqın çağırışı ilə Heydər Əliyev yenidən hakimiyyətə gələrək Azərbaycan tarixində dərin və silinməz bir iz qoydu. Bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrünün başlanğıcını qoydu. Bu dövrdə müstəqilliyimiz böyük bir təhlükə ilə qarşı-qarşıya qalmışdı. Heydər Əliyev hakimiyyətə gəlməsəydi bu müstəqilliyin itirilməsi qaçılmaz idi. Məhz Heydər Əliyevin geri dönüşü ilə bu təhlükə aradan qalxdı. Çünki Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas edə biləcək yeganə bir şəxsiyyət Heydər Əliyev idi. Təsadüfü deyildir ki, tale özü Azərbycanı dirçəltmək, onun müstəqilliyini qorumaq kimi çətin və şərəfli bir missiyanı məhz Heydər Əliyevə həvalə etdi. Bununla da illərlə davam edən siyasi hakimiyyət böhranına və özbaşınalığa son qoyuldu.

1993-cü il 15 iyun tarixində Heydər Əliyev Ali Sovetin sədri seçilərək ölkədə olan bütün qarşıdurmalara son qoydu. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız azərbaycançılıq ideyaları ətrafında birləşdi. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı, problemlər mərhələlərlə həll olundu, siyasi sabitlik yarandı.

1993-cü il oktyabr ayının 3- də ümumxalq səsveməsi ilə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər istər daxili, istərsə də xarici siyasətdə bir sıra uğurlu addımlara imza atdı. Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən ordunun yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı, bunun nəticəsində 1994-cü il may ayında atəşkəsə nail olundu.

Ötən illərdə Ümummilli Liderimizin həyata keçirdiyi şərəfli xilaskarlıq missiyası xalqımızın və bütün dünyanın gözü qarşısında cərəyan etdi, Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu. Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır və şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində Ümummilli Liderin xidmətlərinin müstəsna əhəmiyyəti olmuşdur. Onun yeritdiyi siyasətin əsas məqsədi Azərbaycan xalqının təhlükəsizliyini təmin etmək və ölkəni qüdrətli dövlətə çevirmək olub.

Heydər Əliyevin adı tarixə müstəqil Azərbaycanın qurucusu kimi daxil oldu, müstəqil Azərbaycan dövləti isə onun şah əsəridir. Azərbaycan bu gün Heydər Əliyev siyasətinə əsaslanaraq qətiyyətlə irəliləyir, gücünü, qüdətini durmadan artırır. Bütün həyatını Azərbaycan xalqına həsr edən Heydər Əliyev tariximizə müstəqilliyimizin memarı və qurucusu kimi adını yazmışdır. Xalqımız Heydər Əliyevin bu əvəzsiz xidmətlərini unutmur. Bu gün Azərbaycan Heydər Əliyevin arzuladığı, görmək istədiyi yerdədir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderimizin siyasi kursuna sadiq qalaraq onu uğurla davam etdirir.

Svetlana Məmmədova, 
Füzuli rayonu 2 nömrəli tam orta məktəbin direktoru