Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu işinə start verib. Forumda dünyanın 50-dən çox ölkəsindən nüfuzlu qonaqlar iştirak edib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş və əhatəli nitqi ilə çıxış etmişdir. Dövlət başçısı postmünaqişə dövrü ilə bağlı regionda baş verməkdə olan reallıqlardan söz açıb. Ermənilər son 30 ildə xəyallarla yaşadılar. Onlar bölgədə təsir imkanları olan böyük dövlətlərə sığınaraq müstəqil ölkə yox, geosiyasi alət olmağı seçdilər və müstəqil qərar qəbul edərək sərbəst hərəkət edə bilmədilər. Vətən müharibəsinin qalibi- Azərbaycan sülhdən danışdığı halda İrəvan küçələrində nümayişə çıxanlar qisasdan danışır. Onlar qisasdan danışmağı davam edərsə, “Dəmir yumruq” yenə də onların başı üzərində olacaq.
Prezident İlham Əliyev çıxışında demişdir: “Ermənistan da görməlidir ki, o bizim planlarımızı əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə, 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Çünki 10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Əgər o öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq. Onlar bunu bilməlidirlər, vaxtı uzatmamalıdırlar”.
Zəngəzur dəhlizi Ermənistanın xilas yoludur, qoy fikirləşsinlər, son 30 ildə nələri itirdilər və bundan sonra nə itirəcəklər. Ermənistan 10 noyabr razılaşmasına uyğun addımlar atmalıdır. Bu, rəsmi İrəvanın öhdəliyidir. Paşınyan hakimiyyəti mümkün qədər vaxtı uzatmağa çalışır.
Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə normal münasibətlərin qurulmasından keçir. Ermənistan inkişaf etmək istəyirsə, Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Əgər bunu istəmirlərsə, “Dəmir yumruğu” başlarının üzərində görəcəklər.
Biz Azərbaycan gəncləri ölkə Prezidentinin daxili və xarici siyasətini tam dəstəkləyirik.
Camalxan Xanbutov,
Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam оrta məktəbin rus dili və ədəbiyyat müəllimi,
YAP Neapol 8A ünvanında yerləşən ərazi partiya təşkilatının sədri
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir