20 iyun 2022 13:57
2187

Azərbaycanı böyük dünyaya tanıdan Ulu Öndər Heydər Əliyev oldu

Bəşəriyyətin dünyaya bəxş etdiyi çox az sayda şəxsiyyətlər vardır ki, onların bənzəri olmur , bütün ictimai və siyasi fəalliyətini xalqının, millətinin xoşbəxt gələcəyi naminə qurur , bir sözlə, insanlıq tarixində əbədi yaşarlıq qazanırlar . Bu şəxsiyyətlər sırasında xalqımızın Ümümili Lideri Heyder Əliyevin əlçatmaz və bənzərsiz yeri var. Etiraf etmək lazımdır ki , xalqımızın

milli-mənəvi dəyərlərinin qorunmasında, onun dövlətçiliyimizin ayrılmaz tərkib hissəsinə və dövlət siyasətinin aparıcı qoluna çevrilməsində Ulu Öndər Heydər Əliyev mühüm rol oynamışdir. İllər bir-birini əvəz etdikcə Ümümili Liderimizin şərəfli ömür yolu xalqına, böyük Türk dünyasına və bəşəriyyətə nə qədər yaxın və dəyərli olduğu daha aydın görünür . Ulu Öndər torpaqların itirildiyi, qaçqın və köçkünlərin artdığı bir zamanda Azərbaycan xalqına böyük ruh verdi ,onu müstəqil Azərbaycan uğrunda qələbəyə apardı . Heydər Əliyev həyat və faliyyəti daim araşdırılmalı olan dahi şəxsiyyətlərdəndir . Ulu Öndərin irsi bütün zamanlarda dövlət quruculuğu yoluna işıq saçır . Ulu Öndər Heydər Əliyevin fəalliyyəti dahilik, müdriklik və yüksək şəxsiyyətlilik zirvəsidir. Bu keyfiyyətlər Heyder Əliyev fenomeninin ayrılmaz parçasıdır . Təbii ki, belə bir keyyfiyətə yalnız yüksək siyasi iradəsi olan insanlar malik olur. Ulu Öndər xalqı üçün yaşadı , yaratdı ,bütun ömrünü özünün də dediyi kimi , xalqına həsr etdi .

Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Ümumxalq məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir.

Ulu Öndər bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə Respublikanın qarşısında duran strateji vəzifə və hədəfləri məharətlə müəyyənləşdirmişdir. Dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edərək, Ulu Öndər onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq olmuşdur. Qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail olmuşdur. Ulu Öndər Heydər Əliyev demokratik düşüncə və dəyərlərinə hər zaman öz sadiqliyini nümayiş etdirmişdir. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” –sözlərini demiş Ulu Öndər 1993-cü ildən başlayaraq bu amallar uğrunda mübariz fəaliyyətini aparmışdır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsi qəbul olundu. Demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi və bazar iqtisadiyyatına keçid təmin olundu. Kiçik bir ölkə Heydər Əliyevin uğurlu siyasəti sayəsində qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Qısa müddət ərzində müstəqil Azərbaycan Respublikasının xarici siyasətində böyük dönüş yarandı və uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları Azərbaycana ciddi diqqət yetirməyə başladı və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren faktoruna çevrildi.

Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir ki , dövlətimizin idarəçilik sükanı arxasında Ümümili Liderimiz Heydər Əliyevin yetirməsi , onun yaratdıği siyasi məktəbin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev dayanır .Ulu Öndər Heydər Əliyevin dahi şəxsiyət olmasının bariz nümünələrindən biri 44 günluk Vətən müharibsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclu ordu strategiyası, milli birlik, xalqımızda yaratdığı ruh yüksəkliyi , işğal altında olan torpaqların qaytarılması və tarixi qələbənin qazanılması oldu.

Cəmalə Məmmədova,
Füzuli rayon 26№li tam orta məktəbin direktoru