Ulu öndər- xalqın nicat yolu
1993-cü il…Dərin siyasi böhran həyatı yaşayan Azərbaycan…Bir tərəfdə ölkənin hərbi qiyamlarla üz-üzə qaldığı vəziyyət , digər tərəfdə Azərbaycanı parçalamaq niyyəti daşıyan separatçı qüvvələr…Ölkə vətəndaş müharibəsi ilə üz-üzə…
Ta 20 Yanvar hadisəsindən sonra inamı qırılan xalq indi daha inamsız , daha əlacsız vəziyyətdə idi . Nə edəcəyini, necə edəcəyini bilmir, lakin öz müstəqilliyini qorumaq üçün hələ də mübarizəyə atılmaqdan usanmırdı.
Digər bir tərəfdə də Qarabağda törənən erməni vəhşilikləri… Hətta bu vəziyətlə bağlı Qarabağa yola düşən dövlət nümayəndələri terror aktı nəticəsində həlak olur. Xalq yenidən çaşqınlıq, hüzn içərisində…Faciə faciə dalınca Azərbaycanı daha ağır vəziyyətə düşürməkdə idi.
Dünyanın bəzi böyük dövlətlərinin Ermənistanı dəstəkləməsi isə ermənilərin Rusiyanın köməyi ilə 1992-ci ilin fevralında Xocalı faciəsi kimi tanınan , yer üzərində görünməyən vəhşiliklərlə dolu bir faciəni törətməsinə yol açır və ardınca Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarının işğalı. Yenə də terror işgəncələri ilə üzləşən Azərbaycan xalqı , torpaqları zəbt olunan Azərbaycan xalqı…
Daxili və beynəlxalq şəraitdə durmadan itkilərə düçar xalqın artıq qol-qanqdı qırılmış olsa da, nicatını tapmağa ,nəhayət ,öz üzərində qüvvə tapır.
Cəmiyyətin bütün təbəqələrini bir qüvvə birləşdirir - ulu öndər Heydər Əliyevə olan inam. Xalq əmin idi ki, ölkəni düşdüyü bu ağır, dözülməz vəziyyətdən çıxarmağa qadir məhz Odur və bütün xalq onun yenidən hakimiyyətə gəlişini tələb edir.
Ölkə prezidenti Əbülfəz Elçibəy kömək üçün Heydər Əliyevə müraciət etməkdən heç də boyun qaçıra bilmir.
Bu müraciət əsasında öz xalqını ağır böhrandan çıxarmağı özünə borc bilən ulu öndər Heydər Əliyev tezliklə Naxçıvandan Bakıya gələrək Milli Məclisin sessiyasında Ali Sovetin Sədri seçilir. Məhz həmin gün -1993-cü il iyunun 15-i Azərbaycanın gələcəyi üçün , onun şöhrəti, nailiyyəti, bugünkü zəfəri üçün əsl Qurtuluş Gününə çevrilir.
Məhz həmin gün Azərbaycanın gələcəyi üçün böyük imzanın əsası qoyulur- Heydər Əliyev imzası. Başsız qalan ölkəni öz qətiyyətli səyləri nəticəsində təxribatçı -separatçı qüvvələrdən tezliklə təmizləyən Heydər Əliyev imzası. Azərbaycanı parçalanmaqdan xilas edən Heydər Əliyev imzası.
Oktyabrın 3-dən xalqın səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilən böyük siyasətçi öz ölkəsini yenidən qurmaq üçün , ilk öncə ,Milli ordunu yaratdı, ölkədə separatizmə son qoydu. Bu ordu ilə düşmən hücumlarını müvəffəqiyyətlə dəf etdi.
1994-cü ildən etibarən cəbhədə atəşkəsə nail oldu və o vaxtdan uzun sürən atəşkəs dövrü yaşamağa başladı.
Bu müddət ərzində dahi Prezident öz uzaqgörən siyasəti ilə ilk növbədə ,Azərbaycan ordusunu gücləndirmək və Azərbaycanı dünyada tanıtmaq üçün məqsədyönlü planlar həyata keçirməyə başladı: Neft müqavilələri imzaladi, beynəlxalq əlaqələri formalaşdırdı, Azərbaycanı xaosdan xilas etdi. Ökənin dünya birliyinə inteqrasiyası prosesi də başladı. Qısa bir zamanda ölkənin surətli inkişafı dünyanın diqqət mərkəzinə çevrildi. Öz gəlişi ilə Umumilli lider əsl müstəqilliyin necə olduğunu sübut etdi və tezliklə bütün xalqı Azərbaycançılıq ətrafında birləşdirdi. Azərbaycanın zəngin ehtiyatlarında gözü olan xarici ölkələrin çirkin niyyətləri sonunda bir dahinin siyasəti qarşısında məhv oldu.
Bu gün bu dahi siyasətçinin yolunu davam edən qüdrətli Prezident cənab İlham Əliyev isə eyni inamın nəticəsində Azərbaycan xalqının etimadını qazandı, öz xalqının gələcəyi üçün əlindən gələni əsirgəmədi. Bu inamın nəticəsidir ki, 30 il erməni işğalı altında inildəyən Qarabağ torpaqları bu siyasətin yolu ilə, nəhayət ki, azad oldu, öz nicatını tapdı. Bu siyasət Azərbaycan adlı bir məmləkətin varlığını sübut etdi. Onun xalqının türkdən törəndiyini açıqladı.
Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən , modernləşən , beynəlxalq miqyasda indi nüfuzlu dövlətə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər sübut etdi ki, xalq öz Prezidentinin ətrafında Prezident-Xalq, Xalq-Prezident vəhdəti bu gün də öz sadiqliyini qoruyub saxlamaqdadır. Dövlət başçısı İlham Əliyev xalq inamını daha da möhkəmləndirməklə Heydər Əliyev siyasətinin layiqli davamçısına çevrildi.
Əminik ki, Heydər Əliyev əqidəsi, Heydər Əliyev siyasəti bu xətt üzrə Azərbaycanı daha da uğurlu gələcəyə aparacaq. Öz xalqına , millətinə bağlı olan, daim keşiyində dayanan, vətənpərvər İlham Əliyev hünəri ilə daha da çiçəklənəcəkdir.Qoy bu siyasət , qoy bu əqidə daim Azərbaycanın üzərində olsun!

Pikə Əhmədova,
Xətai rayonu 59 nömrəli tam orta məktəbin direktoru
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir