20 iyun 2022 11:51
726

Bakı Qlobal Forumu qlobal problemlərin müzakirə edildiyi mükəmməl platformadır

Bildiyimiz kimi Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı altında dünyanın 50-dən çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, digər nüfuzlu qonaqları və eləcə də tədbirdə IX Qlobal Bakı Forumunda onlayn forum iştirakçıları ilə yanaşı, 300-ə yaxın şəxslər də əyani şəkildə iştirak etmişdi.

Qlobal Bakı Forumu kimi tədbirlərə ev sahibliyimizin mürəkkəb dünyamızdakı informasiya müharibəsində, təbliğat savaşında əhəmiyyəti, dünyada mövqeyimizin möhkəmlənməsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdıtrlmasında çox ciddi önəmi vardır. 

Azərbaycan sözü gedən bu IX Qlobal Bakı Forumunun bir təşkilatçısı kimi, həm də beynəlxalq aləmdəki öz nüfuzunu, dünya siyasətindəki aparıcı rolunu bir daha təkrar gündəmə gətirmiş oldu.

Eyni zamanda, dünyaya açıq şəkildə bəyan etdi ki, bütün bəşəriyyəti təhdid edən ayrı-ayrı problemlərin həlli, birgə yaşayış normalarının qorunması, bu mühitdə qazanılmış mənəvi nailiyyətlərin daha da inkişafı, cəmiyyətlərin gələcək tərəqqisi üçün geniş imkanların yaradılması təkcə bir ölkənin bacardığı iş deyildir.

Bundan ötrü dövlətlərin, cəmiyyətlərin bir araya gəlməsinə, liderlər, tanınmış elm xadimləri, alimlər, dünyanın siyasi, mədəni elitasının nümayəndələri arasında dialoqların aparılmasına ciddi ehtiyac vardır. Bəşəriyyət üçün bu nailiyyətləri yaradan faktlardan biri də ölkəmizdə keçirilən silsilə beynəlxalq tədbirlər kimi yanaşdığımız qlobal forumlardır, bu forumlarda aparılan müzakirələrdir, dünyanın nüfuzlu söz sahibləri arasında gedən fikir və ideya mübadilələridir, əldə edilən razılaşmalardır, Bakıdan bütün bəşəriyyətə ünvanlanan çağırışlardır.

Dünya üçün son dərəcə faydalı təşəbbüslərin yerinə yetirilməsi missiyasını öz üzərinə götürərək müxtəlif beynəlxalq tədbirlərə, humanitar forumlara, sivilizasiyalararası dialoq platformalarına uğurla ev sahibliyi edən Azərbaycan bütün dünyada sülhün qorunması, insan təhlükəsizliyi, mədəniyyətlərin təması məkanı kimi də tanınıb.

Məlum olduğu kimi də BMT-nin sabiq Baş katibi Pan Gi Mun çıxışında da bildirib ki, Bakı Qlobal Forumu dialoq üçün çox gözəl, möhtəşəm platformaya çevrilən əsad beyin mərkəzlərini bir araya gətirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən IX Qlobal Bakı Forumu bu tarixi missiyanın həm də davamıdır. Mövzudan da göründüyü kimi, indiyə qədər keçirilmiş ənənəvi forumların hər biri dövrümüzün ayrı-ayrı aktual problemlərini əhatə edərək onlara həsr edilmişdir. Aparılan diskussiyalara, əldə edilən nəticələrə əsaslanaraq yeni dünya düzəninin bu günü və gələcəyi naminə yerinə yetirilməsi zəruri olan vəzifələri də aktuallaşdırıb və onların icrasına yönəldilib.

Dünyanı vahid məkan, bəşəriyyəti isə bir cəmiyyət kimi görmək istəyinin ifadəsi olan bu cür tədbirlər yeni münasibətlər qurmağa, daha mütərəqqi və aktual müzakirələr aparmağa imkan verir. Bu forumun məqsədləri Azərbaycan Prezidentinin tədbirin açılış mərasimindəki çıxışında da ifadə olunur.

O bəyan edib ki, “Azərbaycan qlobal problemlərin müzakirə olunduğu, həlli yollarının axtarıldığı məkana çevrilib.” Həmçinin əlavə edərək bildirib ki, “bu baxımdan Qlobal Forum xüsusi əhəmiyyətə malikdir və dünya miqyaslı ictimai-siyasi xadimlərinin iştirakı və çıxışı tədbirin xüsusi əhəmiyyətini bir gözlər önünə sərmişdir.” Qarabağ zəfəri Azərbaycanın dünyada yerini və mövqeyini daha da gücləndirdiyi, o cümlədən bizi qarşıda da mühüm vəzifələr gözləydiyi vurğulanmışmdır.

Bu Forum vasitəsilə Azərbaycan dünya təhlükəsizlik sisteminə öz töhfəsini verən ölkə olaraq dünyada tanınacaq. Dövlətimizin başçısı Forumda həmçinin, Azərbaycan-Ermənistan münasibətlərinin bu günü və gələcəyi, Zəngəzur dəhlizi və onun açılmasının önəmi ilə bağlı konkret fikirlər səsləndirib. Ölkə başçısı bir daha qeyd edib ki, regionda sülhün, sabitliyin bərqərar olması üçün Ermənistan tərəfi Azərbaycanın sülh səylərini dəstəkləməli, təxribat xarakterli addımlardan imtina etməlidir.

Dövlət başçısı Zəngəzur dəhlizinin açılmasının önəmini də qeyd edib, bununla bağlı dövlətimizin prinsipial mövqeyini ortaya qoyub.

Prezident bildirib ki, əgər Zəngəzur dəhlizi açılmasa, o zaman sülhdən danışmaq çətin olacaq. Azərbaycanın dövlət başçısı Forumdakı çıxışında dünyadakı münaqişələrin sülh yolu ilə həlli, ərzaq təhlükəsizliyinin təmin edilməsi, ədalətli dünya nizamının formalaşdırılmasının vacibliyini qeyd edib. Onun dünyadakı hadisə və proseslərə yanaşma tərzi, qlobal böhran və problemlərə yanaşma forması bir daha Azərbaycanın nə qədər sülhpərvər siyasət yürütdüyünü  bir daha ortaya qoymuş oldu. Ümumiyyətlə, Prezident İlham Əliyevin Forumda səsləndirdiyi fikirlər, sadəcə ölkəmiz üçün deyil, bütün region və onun gələcək inkişafı üçün də geniş əhatəli bir yol xəritəsi hesab edilə bilər.

Hesab edirəm ki, nəticə etibarı ilə regionumuzun inkişafı və tərəqqisi üçün bütün region dövlətləri Azərbaycan Prezidentinin çağırışlarını dəstəkləməli, bu çağırışların daha geniş miqyasda reallaşmasına töhfələrini verməlidirlər.

Əflatun Məmmədov, 
Müdafiə Sənayesi Nazirliyinin Elmi Tədqiqat İnstitutunu (MSN ETİ) l müavini,
ETİ üzrə YAP ərazi partiya təşkilatının sədr müavini