"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Lex" təlim-məşq toplanışının 2-ci mərhələsinə yeni baş məşqçisi Con van den Bromun rəhbərliyi altında bu gün başlayıb.
"İki sahil" klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırlıq prosesində 30 futbolçu iştirak edir. İyunun 23-də isə milli komandaların düşərgələrindən qayıdacaq isveçli Jesper Karlström, slovakiyalı Lubomir Şatka və gürcüstanlı Nika Kvekveskiri kollektivə qoşulacaq.
Qapıçılar: Filip Bednarek, Kşiştof Bakovski, Karol Drajdzevski, Artur Rudko
Müdafiəçilər: Alan Çervinski, Barri Duqlas, İqor Kornobis, Antonio Miliç, Patrik Oleynik, Joel Pereyra, Maksimilian Pinyo, Pedro Reboko, Bartoş Salamon, Lubomir Şatka
Yarımmüdafiəçilər: Joao Amaral, Yakub Antjak, Adriel ba Lua, Maksim Çekalya, Patrik Qoqol, Yesper Karlström, Antoni Kozubal, Nika Kvekveskiri, Filip Marçvinski, Radoslav Muravski, Dani Ramires, Mixal Skoraş, Yan Şikora, Filip Volski, Kristoffer Velde
Hücumçular: Mikael İshak, Norbert Paçlavski, Artur Sobyeç, Filip Şimçak
Qeyd edək ki, "Qarabağ" "Lex"ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə iyulun 12-də Bakıda keçirəcək.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib