"Çempionlar Liqasında oynamaq imkanı mənim üçün əla fürsətdir. Bilirəm ki, futbolçular artıq məşqlərə başlayıblar. Komandanı iyulun 5-də keçiriləcək çox vacib görüşə hazırlamağa hələ vaxtımız var".
“İki sahil” xəbər verir ki, bu sözləri Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan "Lex"in baş məşqçisi Con van den Brom deyib.
Niderlandlı mütəxəssis Polşa klubunun rəsmi saytına açıqlamasında əsas işinin komandanı "Qarabağ"la oyuna hazırlamaq olduğunu bildirib: "Futbolçuların hər biri ilə şəxsən görüşməliyəm. Hazırlıq dövründə biz birlikdə çox çalışacağıq və bu, bir-birimizi tanımaq üçün ən yaxşı vaxtdır. İlk növbədə, Çempionlar Liqasında “Qarabağ”a qarşı keçirəcəyimiz oyuna hazır olmalıyıq".
Qeyd edək ki, "Qarabağ" "Lex"ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə iyulun 12-də Bakıda keçirəcək.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib