Bakı Qlobal Forumu dünyada baş verən hadisələri dərindən dərk edərək onlardan çıxış yollarını araşdırdı və 50 çox ölkədən 400-ə yaxın qonaq Bakıya dəvət olundu. Onlardan hər biri humanitar nöqteyi nəzərdən optimal həll yollarının axtarır. Prezident cənab İlham Əliyevin çıxışını diqqətlə izlədikdə aydın olur ki, həqiqətən qarşıda müəyyən problemlər var.Dünyanın yeni nizamı qurulur, bu istiqamətdə işlər gedir, amma təhdidlər də var. Nəzərə almaq lazımdır ki, IX Qlobal Forum Bakıda keçirildi və bu Forum dünyada öz sözünü deyə biləcək Forumdur. Bu Forum iqtisadi baxımdan Davos, təhlükəsizlik nöqteyi nəzərdən Münhen forumu ilə baş-başa gələ bilən Forumdur.Bakı Forumu genişdir, istənilən məsələlərə toxunulur ən vacib də odur ki, peşəkarlar alternativ variantlar təklif edirlər. Bakı Qlobal Forumu hər il nüfuzunu artırmaqda davam edir.
Səbəb odur ki, cənab Prezident tərəfindən beynəlxalq aləmdə həyata keçirilən siyasət həm ayrı-ayrı ölkələr, həm də beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur və hörmətlə yanaşılır.Forum dünyadakı siyasi, iqtisadi, humanitar məsələləri əhatə edir.Dünyada bu gün çox ciddi proseslər gedir. Avropanın təhlükəsizliyi zədələnibdir, qonşu ölkələrdə baş verən hadisələr bizi ciddi şəkildə narahat edir. Ümumilikdə ərzaq təhdidləri, enerji böhranı, təhlükəsizliklə bağlı məsələlər var.Belə bir məqamda Azərbaycan tərəfdən, cənab Prezidentimiz tərəfindən təşəbbüsün irəli sürülməsi, yeni dünya nizamını hansı təhdidlər gözləyir və bunları necə aradan qaldırmaq lazımdır və digər müzakirələrin aparılması olduqca vacibdir, önəmlidir. Şübhəsiz ki, Forumdan çıxan nəticələr, səslənən fikirlər gələcəkdə qərar qəbul edən şəxslərin diqqətində olacaq və digər forumlarda bu yekun məqamlar nəzərə alınacaqdır.Cənab Prezident İlham Əliyev Cənubi Qafqazda sülhün və əmin-amanlığın daimi olması üçün hansı məqamların, şərtlərin nəzərə alınmasını söylədi. Məsələn Zəngəzur dəhlizi ilə bağlı fikirlərini qeyd etdi. Axı biz təklif etmişik Ermənistana ki, biz normal qonşuluq münasibətlərini quraq, əlaqələrimizi yaradaq və Zəngəzur dəhlizinin bütün parametrlərini işə salaq.
Cənab Prezident vurğuladı ki, əgər Zəngəzur dəhliziinn açılması ilə bağlı, maneəsiz gediş-gəlişin təmin olunması ilə bağlı Ermənistan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsə bu artıq ciddi nəticələrə gətirib çıxaracaq və eyni zamanda Laçın yolu var Qarabağda yaşayan erməni vətəndaşlarına maneəsiz gediş-gəliş üçün Laçın yolunu təklif etmişik. Açıq şərt olaraq qeyd etdi ki, sülhün əsas açar nöqtələrindən biri məhz dediyimiz şərtlər çərçivəsində prosesi tənzimləməkdir. İkincisi Qarabağla bağlı cənab Prezident bu fikirləri söyləməklə Ermənistan rəhbərliyinin son günlərdə verdiyi bəyanatlara cavab verdi.Məsələn Dağlıq Qarabağ adında bizdə struktur yoxdur.Eyni zamanda Dağlıq Qarabağla əlaqədar fikirlər səsləndirilərsə, status məsələsiin ortalığa gətirmək istəyərlərsə bu artıq əldə olunan razılığın pozulması deməkdir.Cənab Prezident qeyd etdi ki, biz şifahi olaraq razılaşmışıq ki, nə status məsələsi, nə Dağlıq Qarabağ məsələsi bizim gündəlikdə olmayacaqdır. Olacaqsa, gətiriləcəksə bunun da ağır nəticələrinə qatlanmaq lazım olacaqdır.Biz Vətən müharibəsində bir daha bunu sübut etdik.Bu mesaj Ermənistan tərəfində çox ciddi nəzərə alınmalıdır.Erməni vətəndaşlarımız var milli azlıqlar olaraq onlar yaşaya bilərlər və bütün hüquqlar da onlar üçün təmin olunacaqdır.Ümumilikdə Ermənistan əldə olunan razılığa əməl etməlidir.Bu mesajlar Forum vasitəsilə yeniləndi. Bu cür platformalar Azərbaycan üçün yeni imkanlar yaradır, yenidən Azərbaycan siyasətinin dünyaya açıq, şəffaf olduğunu göstərmək üçün böyük imkandır, fürsətdir.
Ona görə də IX Qlobal Bakı Forumu yaddaqalan oldu. Həm regional, həm də qlobal baxımdan yeni mesajları dünya ictimaiyyətinə çatdırdı.Hər bir iştirakçı Bakı Qlobal Forumuna mötəbər forum kimi yanaşır və bu forumun imkanlarından istifadə edərək bütövlükdə fikirlərini və dövlətlərini narahat edən məsələləri səsləndirməyə maraqlıdır.Bu da əsas bizim Forumun məqsədlərindən biridir.Bu o deməkdir ki, işlək mexanizmdir, sistemdir.Məhz Bakı Qlobal Forumunda əsas mesajlardan biri bundan ibarətdir ki, yeni dünya düzəni hansı formadadır, ona olan təhdidlər nədən ibarətdir və bu təhdidləri necə aradan qaldımaq lazımdır.Bu müzakirələr gələcəkdə yeni ideyaların irəli sürülməsinə gətirib çıxaracaqdır.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir