20 iyun 2022 09:46
779

Messi “İnter Mayami”yə keçməyə hazırlaşır?

Rusiya millisinin sabiq qapıçısı, hazırda Mayamidə yaşayan Ruslan Niqmatullin “Sport Ekspress”ə müsahibəsində PSJ-nin hücumçusu Lionel Messinin Mayamidəki həyatından danışıb.

“Tez-tez Messinin evini görürəm. Bilirəm ki, o, burada ikinci mənzil də alıb. Və hər ikisi rus məhəlləsində. Görünür, o, “İnter Mayami”yə keçməyə hazırlaşır”, - deyə Niqmatullin bildirib.

O, şəhərdəki tanınmışların kifayət qədər qapalı və təcrid olunmuş həyat tərzi keçirdiklərini deyib.

Oxu.Az