20 iyun 2022 00:50
752

Çimərlik güləşçilərimiz İspaniyada 2-ci yeri tutub

İspaniyanın Pontevedra şəhərində keçirilmiş çimərlik güləşi üzrə Dünya Seriyasının 2-ci mərhələsində Azərbaycan idmançılarından Omid Kamaliaqdam (80 kq) qızıl, İbrahim Yusubov (90 kq) gümüş, Ramiz Həsənov (70 kq) bürünc medal qazanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Azərbaycan 1 dəst medalla komanda hesabında 2-ci yeri tutub.