19 iyun 2022 18:45
649

Futbolçu azarkeşi məhkəməyə verdi

“Mançester Yunayted”in forvardı Markus Raşford sosial mediadan sui-istifadə etdiyi üçün misirli fanatını məhkəməyə verib.

“İki sahil” xəbər verir ki, azarkeşi ən azı 15 min funt sterlinq cərimə gözləyir.

Azarkeşin vəkilinin sözlərinə görə, “Mançester Yunayted”in futbolçusu onun müştərisini irqçilik, təqib və təhdiddə günahlandırır. Onun sözlərinə görə, hücumçu öz maraqlarını müdafiə etmək üçün 10 vəkil tutub.

İş üzrə məhkəmə iclası Misirdə iyulun 7-də baş tutacaq.