44 günlük Vətən Müharibəsində göstərdiyimiz güc Ermənistanı kapitulyasiyaya məcbur etdi. Kapitulyasiya özlüyündə məğlub tərəfin qalibin bütün şərtlərini qeyri-şərtsiz qəbul etməsi deməkdir. Şərtlər arasında ən vaciblərdən biri də Zəngəzur dəhlizinin açılması ilə bağlı erməni tərəfinin götürdüyü öhdəlikdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev üçtərəfli bəyanatda bu məsələnin yer almasını tarixi nailiyyət adlandırır.
Dəhlizin açılması Cənubi Qafqazın tranzit və iqtisadi imkanlarının genişlənməsini, bu ərazinin Şərqlə Qərbi birləşdirən əsas körpü olması deməkdir. Bununla yanaşı, dəhlizin açılması elə Ermənistan üçün də faydalıdır, çətin iqtisadi durumdan xilas olmaq üçün tək çıxış yoludur.
Buna görə də kapitulyasiyadan sonra ilk gündən Azərbaycan sülh üçün addım atıb. Belə demək olar ki, birgə yaşayış və qonşuluq münasibətlərinə doğru atdığımız bütün addımlar bu dəhlizdən keçir. Biz regionda inteqrasiya prossesini sürətləndirmək, kommunikasiyanı bərpa etmək istəyirik. Lakin görünən odur ki, bəyanatın imzalanmasından bir il yarımdan çox vaxt keçməsinə baxmayaraq, Ermənistan siyasi rəhbərliyi götürdüyü öhdəliyə əməl etmir. Bu öhdəliklərə əməl etməmək bizim qarşılıqlı əməkdaşlıq üçün göstərdiyimiz bütün səyləri uğursuz edir. Ermənistan mövcud şərtlərlə razılaşmadıqda öz ərazi bütövlüyünü sual altına qoymuş olur. Onlardan fərqli olaraq bizim tarixi hüququmuz çatır ki, Zəngəzuru Azərbaycanın bir parçası kimi tələb edək.
Erməni tərəfi bütün bunları nəzərə almalı, üzərinə götürdüyü öhdəliklərə qeyri-şərtsiz əməl etməlidir. Onlar unutmamalıdır ki, dəmir yumruq hələ yerindədir.
Gültac Rüstəmli,
YAP fəalı
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir