"Barselona"nın futbolçusu Usman Dembele klubdan ayrılmağı düşünmür.
Bu barədə "Mundo Deportivo" məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi işıqforda rastlaşdığı azarkeşlərdən birinin bir neçə sualını qısaca cavablandırıb. Fanatlardan biri tərəfindən çəkilmiş video sosial şəbəkələrdə yayılıb. Fransalı oyunçu "Barselona"da qalıb-qalmayacağı ilə bağlı suala "bəli" cavabını verib. O, "Çelsi"yə mümkün keçidi ilə bağlı məlumatları şayiələr adlandırıb. Dembele "Barselona"da rahat olduğunu da vurğulayıb.
Learn More
Qeyd edək ki, futbolçunun klubla hazırkı müqaviləsi iyunun sonunda başa çatır. Tərəflər hələlik yeni müqavilə imzalamaq üçün razılığa gəlməyiblər.
Qol.az
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib