18 iyun 2022 09:09
804

Messinin maliyyə dəstəyi ilə Barselonada uşaq onkoloji mərkəzi açılıb

Fransanın PSJ futbol klubunun argentinalı hücumçusu Lionel Messinin maliyyə dəstəyi ilə Avropanın ən yaxşı tibb müəssisələrindən biri olan Barselonada yeni uşaq onkoloji mərkəzi istifadəyə verilib.

“İki sahil” xəbər verir ki, uzun illər İspaniyanın “Barselona” klubunda çıxış etmiş argentinalı hücumçu həyat yoldaşı ilə birlikdə Kataloniyadadır və tibb mərkəzinin açılışında iştirak edib. O, mərkəzin açılmasına maliyyə dəstəyi göstərib.

Otuz dörd yaşlı futbolçu "Barselona"nın yetirməsidir və 2005-2021-ci illərdə klubda çıxış edib. Onun PSJ ilə müqaviləsi gələn mövsümün sonunda başa çatır.