18 iyun 2022 00:49
753

Teymur Rəcəbovdan heç-heçə

İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turniri davam edir.

“İki sahil” xəbər verir ki,  Azərbaycan şahmatçısı Teymur Rəcəbov yarışda ilk görüşünü keçirib.

35 yaşlı qrossmeyster 1-ci turda Fransanı təmsil edən Alireza Firuzca ilə qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov 71-ci gedişdə rəqibi ilə sülhə razılaşıb.

Qeyd edək ki, İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.