Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” qardaşlığın rəmzidir. Müttəfiqlik haqqında dəyərləri özündə əks etdirən bu Bəyannamə iki qardaş ölkə arasındakı strateji kommunikasiyanı ən yüksək səviyyəyə qaldırmışdır.
Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevin sərkərdəlik bacarığı, əsgər və zabitlərimizin igidliyi, şəhid və qazilərimizin qəhrəmanlığı sayəsində Vətən Müharibəsi böyük Zəfərimizlə bitdi. Ordumuzun gücü, qüdrəti özünü Aprel döyüşlərində, Naxçıvanın Günnüt kəndinin azad edilməsində, Tovuz əməliyyatında olduğu kimi,İkinci Qarabağ savaşında bir daha təsdiqlədi. Ordu quruculuğu sayəsində müasir, XXI əsrin texnoloji imkanlarından yararlanmaq qabiliyyəti Silahlı Qüvvələrimizi dünyanın ən güclü orduları sırasına çıxardı. Qarabağ uğrunda müharibədə qardaş Türkiyənin Azərbaycanın haqq işinə verdiyi siyasi və mənəvi dəstək hər bir vətəndaşımızı qürurlandırdı.
Beləliklə,Şuşa Bəyannaməsinin imzalanmasından bir il ötür. Bu tarixi sənəd böyük əhəmiyyətə malikdir. Bəyannamədə hər iki qardaş xalqlarımızın böyük Liderləri – Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. “Azərbaycanın kədəri–kədərimiz, sevinci–sevincimizdir” sözlərini XX əsrin əvvəllərində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” deyən isə XX əsrin sonlarında Ulu Öndər Heydər Əliyev olub. 28 il düşmənin işğalı altında qalaraq XXI əsrin əvvəllərində işğaldan azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsinin imzalanması bu cür yanaşmanın və qardaşlığın əbədiləşdirilməsinin təcəssümüdür. “Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır” deyə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etmişdir.
Təsadüfü deyik ki, Prezident İlham Əliyev tarixi Şuşa Bəyannaməsinin imzalanması zamanı çıxış edərkən bildirmişdi: “Bu gün həyatımızda əlamətdar gündür, tarixi bir gündür. Bu gün biz qardaş ölkənin əziz Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı Qarabağ torpağında, Şuşa torpağında salamlayırıq. Mən fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqı adından əziz qardaşımı Şuşada, Qarabağda salamlamaq istəyirəm. Əziz qardaşım Azərbaycanda dəfələrlə olub, ancaq biz ilk dəfə Qarabağ torpağında - Şuşada bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”.
Prezident xüsusi vurğulayıb ki, imzalanmış Bəyannamədə tarixi Qars müqaviləsinə istinad edilir: “Tarixi Qars müqaviləsi düz 100 il bundan əvvəl imzalanmışdır. Bu da böyük rəmzi məna daşıyır. Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir.”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə səfəri və burada Prezident İlham Əliyevlə birlikdə Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında Birgə Bəyannaməni imzalaması bölgə miqyasında ən əlamətdar tarixi və siyasi hadisədir. Bu sənəd Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının sarsılmaz olduğunu bir daha bütün dünyaya bəyan etdi.Bu sənədin məhz Şuşa şəhərində imzalanması böyük tarixi, siyasi və rəmzi məna daşıyır və işğaldan azad edilmiş torpaqların məhz Azərbaycanın əzəli tarixi ərazisi olduğunun birmənalı təsdiqidir. Eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığına böyük siyasi dəstəyin ifadəsidir.
Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələridə əhatə edir. Beləliklə şübhə yoxdur ki,Sənəddə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr ölkəmizin beynəlxalq imicini daha da artıracaq,onun geopolitik nüfuzuna əlavə dividentlər gətirəcək.
Aliyə Orucova,
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının əməkdaşı
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir