Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"la "Lex" arasında keçiriləcək oyunların vaxtı dəqiqləşib.
"İki sahil" Polşa klubunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar iyulun 5-də Poznanda qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Cavab görüşü isə iyulun 12-də Bakıda gerçəkləşəcək və saat 20:00-da start götürəcək.
Qeyd edək ki, bu cütün qalibi 2-ci təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə qarşılaşacaq.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib