"Liverpul"un futbolçusu Sadio Mane maraqlı açıqlama verib.
“İki sahil” xəbər verir ki, 30 yaşlı seneqallı hücumçu hələ evlənməməsinin səbəbini istədiyi qızın olmaması ilə əlaqələndirib:
“Bir çox qızlar məndən niyə evlənmədiyimi soruşurlar. Üzr istəyirəm, sadəcə vaxt itirirsiniz. Evlənəcəyim qız sosial şəbəkədə olmayacaq. Mən Allaha və duaya hörmət edən qadınla evlənmək istəyirəm”.
Qeyd edək ki, müsəlman futbolçunun bu yay "Bavariya"ya keçəcəyi gözlənilir.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib