Azərbaycan-Türkiyə münasibətlərinin geostrateji əhəmiyyətini artıran Şuşa Bəyannaməsi bütün müstəvilərdə (hərbi, siyasi, iqtisadi, humanitar və s.) davamlı inkişaf üçün zəmin yaradır.
Bəyannamənin strateji əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikası və Türkiyə Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə qarşılıqlı yardım əməkdaşlığın prinsipial istiqamətidir.
Bəyannamənin xüsusi əhəmiyyəti odur ki, bu bəyannamə sülh prossesini stimullaşdırır, eləcə də Türkiyə Respublikasının Şuşada baş konsulluq açmaq qərarı Azərbaycanın Qarabağ bölgəsi üçün yeni imkanlar açır. Bu imkanlar həm Şuşaya qayıdacaq şuşalılar, həm ətraf rayonların sakinləri, həm də Qarabağda yaşayan ermənilər üçün firavan gələcək vəd edir.
Çünki, hər şeydən əvvəl bəyannamədə Qarabağın dirçəldilməsi, investissiyaların qoyuluşu, bölgənin hər tərəfli inkişafını təmin edəcək. Bundan sonra isə ağır sosial problemlərin altında əzilən erməni əsilli vətəndaşlar öz istəyi ilə Azərbaycan torpaqlarında yaşamağa maraqlı olacaqlar. Ermənistanda vəziyyətin sabit olmaması, Qarabağ ermənilərinə qarşı ögey yanaşma artıq erməni cəmiyyətini çalxalayıb. Bu baxımdan bəyannamə imzalanandan sonra Qarabağ ermənilərinin bəzi ictimaiyyət nümayəndələri artıq müharibə ritorikasının perspektivsizliyini anlayıb və bunu erməni cəmiyyətinə təlqin etmələ başlayıblar.
Bir sözlə, Şuşa bəyannaməsi dünyaya mesaj ötürür ki, Azərbaycan toroqlarında sülh və dostluq şəraitində yaşayacağı təqdirdə bütün xalqlara yer var və Azərbaycan tərəfi müharibə yox, sülh üçün çalışır !
Bahadur Şahverdiyev,
SOCAR Nəqliyyat İdarəsi, 2 saylı TND-nin əməkdaşı
Azərbaycanın xarici siyasət strategiyası: Əsas prioritetlər və strateji hədəflər
İctimai nəqliyyat sistemində yeni mərhələ: “brutto” müqavilə sisteminin tətbiqinə başlanılıb
Azərbaycanın sülh və əməkdaşlıq gündəliyi regionun gələcəyini müəyyənləşdirir