"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Lex" qapıçısı Bartoş Mrozeklə müqaviləni uzadıb, daha sonra isə onu icarəyə verib.
"İki sahil" Polşa klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı qolkiperlə 2022-ci ilin iyununa qədər yeni müqavilə imzalanıb. Daha sonra isə o, ölkənin "Stal Mieleç" klubuna bir mövsümlük icarəyə verilib.
Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları 5/6 və 12/13 iyulda olacaq.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib