FİFA ötən mövsüm “Neftçi”dən Sabir Buqrini heyətinə qatan Tunisin “Esperans” klubuna transfer qadağası qoyub.
"İki sahil" tunisienumerique.com-a istinadən xəbər verir ki, buna səbəb məhz “Esperans”ın Buqrinə görə ödəməli olduğu transfer məbləğindən yayınmasıdır. Ona görə də “Esperans” qarşıdakı üç transfer pəncərəsində heyətinə yeni futbolçu qata bilməyəcək. Bu qadağanın aradan qaldırılması üçün klub 1,5 milyon dinar – yəni, 827 min manat məbləğində təzminatı ödəməlidir.
Qeyd edək ki, Buqrin bu ilin yanvarında “Neftçi”dən “Esperans”a keçib.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib