"İnter" Romelu Lukakunu icarəyə götürmək üçün "Çelsi"yə təklif göndərib.
"İki sahil" "Sky Sport"a istinadən xəbər verir ki, Milan klubu 29 yaşlı belçikalı futbolçu üçün 5 milyon avro təklif etsə də, London təmsilçisi bunu müsbət cavablandırmayıb.
Danışıqlar bu həftə davam etdiriləcək.
Lukaku artıq "Çelsi"nin yeni sahibi Todd Boeli və baş məşqçi Tomas Tuhelə "İnter"ə qayıtmaq istədiyini bildirib.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib