"Zirə"nin fəxri prezidenti Orxan Məmmədov UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin püşkatmasının nəticəsini dəyərləndirib.
“İki sahil” xəbər verir ki, funksioner bu raunddakı rəqibləri olan İsrailin "Makkabi" (Təl-Əviv) klubunun çox təcrübəli kollektiv olduğunu söyləyib.
O, Təl-Əviv təmsilçisinin gücünə bələd olduqlarını bildirib: "Amma komandamıza inanırıq. Hazırlıqlar başlayıb. Transferlərə də baxacağıq ki, rəqibin qarşısına üzüağ çıxaq və layiqli mübarizə ortaya qoyaq".
Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda olacaq.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib