Gənclər və idman naziri Fərid Qayıbov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 17 yaşadək sərbəst güləşçilər arasında Avropa çempionatında ölkəmizi təmsil edəcək yığma komanda üzvləri ilə görüşüb.
“İki sahil” xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçirilən görüşdə federasiyanın vitse-prezidenti Namiq Əliyev və İcraiyyə Komitəsinin üzvü Namiq Abdullayev çıxış edib, hazırlıq barədə məlumat veriblər. Komandanın böyük məşqçisi Əsgərxan Novruzov isə bu yarışa ciddi hazırlaşdıqlarını və uğurla çıxış edəcəyinə inandığını bildirib.
Nazir Fərid Qayıbov güləşçilərlə söhbət edib və onlara qitə çempionatında uğurlar arzulayıb.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib