15 iyun 2022 22:15
819

“Neftçi”nin yeni baş məşqçisi kim olacaq?

“Neftçi”nin yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

“İki sahil” xəbər verir ki, Azərbaycan klubu tezliklə türkiyəli mütəxəssis Ertuğrul Sağlama tapşırılacaq.

53 yaşlı mütəxəssis Təbrizin “Traktor” klubu ilə artıq yollarını ayırıb. “Traktor” rəhbərliyi ona yeni 1 illik müqavilə təklif etsə də, Sağlam bununla razılaşmayıb. Artıq klubu ilə vidalaşan çalışdırıcının qısa müddət ərzində “Neftçi” ilə münasibətləri rəsmiləşdirməsi gözlənilir.

Qeyd edək ki, Ertuğrul Sağlam “Traktor”un baş məşqçisi postuna bu il keçmişdi. (​ Apasport.az )