15 iyun 2022 21:38
615

Benzema karyerasını başa vurmaq istədiyi klubu açıqladı

"Real"ın futbolçusu Kərim Benzema karyerasını Madrid klubunda başa vurmaq istəyir.

“İki sahil” xəbər verir ki,  bu barədə fransalı hücumçu "Onze Mondial"a açıqlamasında deyib: "Mənim üçün "Real" dünyanın ən böyük klubudur. La Liqadan da daha yaxşı liqa yoxdur. Başqa bir liqada oynamağı yoxlamayacağam".

Qeyd edək ki, K.Benzema 2009-cu ildən "kral klubu"nda oynayır.