FIFA Qətərdə keçiriləcək dünya çempionatının rəsmi posterini təqdim edib.
“İki sahil” xəbər verir ki, əsərin müəllifi yerli xanım rəssam Buteyne əl Muftahdır. Əsas posterdə havaya atılan baş örtükləri təsvir olunub. Bunlar təkcə Qətərin deyil, bütün ərəb dünyasının bayramını simvolizə edir.
Əlavə 7 poster isə ailəni birləşdirən oyun kimi ərəb dünyasının futbola ehtirasını ehtiva edir.
Qeyd edək ki, DÇ-2022 21 noyabr - 18 dekabrda 32 ölkənin iştirakı ilə təşkil olunacaq.
"SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 8-ci TURA START VERİLİB
Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib