15 iyun 2022 17:17
674

"Neftçi", "Zirə" və "Qəbələ"nin Konfrans Liqasındakı rəqibləri müəyyənləşdi

Bu gün UEFA Konfrans Liqasında ikinci təsnifat mərhələsinin püşkü atılıb.

“İki sahil” xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlayan mərasimdə  Azərbaycan təmsilçilərinin də rəqibləri bəlli olub.

"Səpələnmişlər” səbətində yer alan "Neftçi" bu mərhələdə Kiprin "Aris" klubu ilə qarşılaşacaq. "Ağ-qaralar" ilk oyununu səfərdə keçirəcək.

"Səpələnməmişlər" səbətində qərarlaşan "Zirə" “Makkabi” (Təl-Əviv, İsrail) "Qəbələ" isə "Fehervar"la (Macarıstan) qarşılaşacaq. "Zirə" ilk oyununu evdə, "Qəbələ" səfərdə keçirəcək.

Qeyd edək ki, UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin oyunları 21 - 28 iyulda keçiriləcək.